AZ

Yanvar-oktyabr aylarında pensiya ödənişlərinə 5,9 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin yanvar-oktyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 milyon manat və ya 10 faiz çox olmaqla 5,92 milyard manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Seçilən
94
7
vergiler.az

7Mənbələr