AZ

Qüdrət Həsənquliyev: 1000 manata qədər maaş alanlar bütün növ vergilərdən azad olunsun

Bakı, 21 noyabr Teleqraf

Hazırda Azərbaycanda ərzaq məhsullarının qiyməti xeyli dərəcədə artıb. Keyfiyyətli yağ, ət yoxsul insanlar üçün əlçatmaz olub.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, gələn ildən 2500 manata qədər maaş alan şəxslər üçün 3% vergi dərəcəsi müəyyənləşir: "Hesab edirəm ki, 1000 manata qədər maaş alanlar bütün növ vergilərdən azad olunsun. Yoxsul təbəqəni müdafiə etmək lazımdır".

Seçilən
27
1
teleqraf.com

2Mənbələr