AZ

Media üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Bu müddət daha 3 il uzadılır.

Beləliklə, 2026-cı il yanvarın 1-dən 3 il müddətinə media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar vergidən azaddır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

media subyektləri vergi güzəşti Vergi Məcəlləsi dəyişiklikləri 3 illik vergi azadolması reklam gəlirləri vergi maddi yardımlar vergi istisnası audiovizual media istisna media sektoru dəstəyi 2026 vergi dəyişikliyi media gəlirləri media təşviqi vergi siyasəti Azərbaycan
Seçilən
55
31
marja.az

10Mənbələr