AZ

İranlı media eksperti: Dezinformasiyaya qarşı mübarizəyə daha çox diqqət yetirməliyik

ain.az bildirir, Apa.az portalına istinadən.

Süni intellektin yanlış və ya saxta məlumat yaratma imkanına görə xəbərlər daha böyük təhlükə altındadır.

APA xəbər verir ki, bunu D-8 Media Forumu çərçivəsində keçirilən “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusuna həsr olunmuş panel sessiyasında İranın "Press TV" kanalının beynəlxalq əlaqələr departamentinin direktoru Elham Abedini bildirib.

İranlı ekspert süni intellektin media qurumlarına bir çox imkanlar yaratmasına rəğmən qeyri düzgün xəbər mənbəyi də ola biləcəyini qeyd edib.

"Jurnalistikada biz həmişə inanmışıq ki, faktlar sürətdən daha önəmlidir və heç vaxt sürət naminə qurban verilə bilməz. Lakin indi süni intellektin yanlış və ya saxta məlumat yaratma imkanına görə xəbərlər daha böyük təhlükə altındadır", - o bildirib.

Onun sözlərinə görə, ən böyük çətinlik saxta xəbərlərin və “deepfake”lərin yayılmasıdır: "Əgər jurnalistikanın məsuliyyətli qalmasını istəyiriksə, faktların yoxlanmasına və dezinformasiyaya qarşı mübarizəyə daha çox diqqət yetirməliyik. Bu problemləri qəbul etmək vacibdir, lakin əsas məsələ onların necə həll ediləcəyidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
apa.az

2Mənbələr