AZ

Bakıya gələn ermənilərin kimlikləri açıqlandı - ADLAR

Ermənistan vətəndaş cəmiyyətinin adından Bakıya kimin gəldiyi məlum olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlar İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan, Samvel Meliksetyan və hüquq müdafiəçisi Naira Sultanyandır.

Xatırladaq ki, daha əvvəl Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələrinin Bakıya gəldiyi barədə məlumat vermişdik. Dünən hökumət İrəvan–Bakı–İrəvan çarter reysləri üçün 17,5 milyon dram ayırmışdı.

Musavat.com

 

Seçilən
27
1
musavat.com

2Mənbələr