AZ

Kommunikasiya Türkiyənin dövlət idarəçiliyində aparıcı mövqelərdən birini tutur - Bora Bayraktar

Bakı. Trend:

Türkiyə Media Mükəmməllik Mərkəzi üçün qiymətləndirmə,monitorinq, böhran hallarında idarəetmə üzrə tövsiyələr verəbilər.

Trend xəbərverir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyaİdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsidepartamentinin rəhbəri, dosent Bora Bayraktar D-8 Media Forumuçərçivəsində keçirilən "Strateji kommunikasiya və böhranın idarəolunması" adlı panel sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, Türkiyədə kommunikasiya dövlət idarəçiliyindəaparıcı mövqelərdən birini tutur:

"Terrorla mübarizə, təbii fəlakətlər, ölkəmizin ətrafında başverən Rusiya-Ukrayna müharibəsi kimi məsələlər böhranvəziyyətləridir. Bizdə məlumatlara yönəlmiş model ətrafındafəaliyyət həyata keçirilir. Bütün aidiyyatı qurumların vahidkommunikasiya ətrafında birləşməsinə çalışırıq. Böhranvəziyyətlərində də işi bu cür qurmaq hədəfimizdir. Ssenari əsaslıplanlar qurulur, ölkəmizin ətrafında kommunikasiya kanallarınınəzərdən qaçırmamağa çalışırıq. Bunlardan biri də süniintellektdir. Biz də saxta informasiyalarla üzləşirik. Bunlaracavab vermək üçün bizim strukturlaşdırılmış strategiyamız var.Məlumat axınını şəffaf qaydada təmin etmək üçün əlimizdən gələniedirik. Şəbəkə vasitəsilə baş verən hadisələrə qarşı müntəzəmməlumat toplamaqla vəziyyəti nəzərdə saxlamağa, toplanan məlumatıaidiyyatı qurumlara ötürməyə çalışırıq".

"Bölgədə yaranan böhran vəziyyətlərində isə digər ölkələrləkommunikasiyada olmağa çalışırıq. AFAD təsisatımız təbii fəlakətinfəsadlarına qarşı tədbirlər aparır. NATO ölkəsi olaraqtərəfdaşlarla birlikdə cavab tədbiri görməyə çalışırıq", - deyəBora Bayraktar əlavə edib.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr