AZ

Paşinyandan SON DƏQİQƏ sülh AÇIQLAMASI: “Ermənistanla Azərbaycan arasında…”

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesinin əsasını Almatı bəyannaməsi təşkil edir.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan Qazaxıstana səfəri çərçivəsində verdiyi açıqlamada bildirib ki, Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşməsi mühüm siyasi əhəmiyyət daşıyır:

“Qazaxıstan bizim üçün çox önəmlidir, çünki Almatıda bizim xarici işlər nazirimiz və Azərbaycanın xarici işlər naziri ilə görüşmək imkanımız oldu. Bu, bizim üçün çox şey deməkdir”.

Baş nazir vurğulayıb ki, iki ölkə arasında sülhün məhz Almatı bəyannaməsinə əsaslanması xüsusi siyasi məna daşıyır:

“Heç kimə sirr deyil ki, Ermənistanla Azərbaycan arasında sülh konkret siyasi əhəmiyyətə və simvolizmə malik Almatı bəyannaməsinə əsaslanır”.

Paşinyan həmçinin qeyd edib ki, rəsmi səfərinin nəticələri Ermənistana və Qazaxıstana münasibətlərin yeni mərhələyə keçdiyini göstərir:

“Mən çox şadam ki, rəsmi səfərim nəticəsində Ermənistan və Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, bizim regionda əməkdaşlığımızın yeni səviyyəsini göstərir”.

Seçilən
69
nocomment.az

1Mənbələr