AZ

D-8 Media Forumunda “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusunda panel sessiya keçirilib

21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya” mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.

Panel müzakirəyə “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktor müavini Orxan Amaşov moderatorluq edib. Banqladeş Mətbuat İnstitutunun Baş direktoru Faruk Vasif Omar, Misirin “Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və “Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim, İndoneziyadan rəqəmsal biznes və media innovasiyası üzrə ekspert Ferdian, İrandan Press TV-nin Beynəlxalq əlaqələr üzrə direktoru, jurnalist Elham Abedini isə spiker qismində çıxış edərək müasir media mühitində məsuliyyətli informasiya istehsalı və rəqəmsal transformasiyanın yaratdığı imkanlar barədə fikirlərini bölüşüblər.

Sessiya zamanı iştirakçılar rəqəmsal platformaların artan təsiri fonunda dəqiq, yoxlanılmış və etibarlı məlumatların təqdim olunmasının əhəmiyyətini vurğulayıblar. Müzakirələrdə medianın yenilənən texnoloji trendlərə uyğunlaşması, informasiyanın qlobal miqyasda sürətli dövriyyəsi şəraitində jurnalistlərin peşəkar məsuliyyəti, süni intellektin tətbiqi ilə yaranan etik çətinliklər və yeni nəsil media istehlakı modelləri kimi məsələlər təhlil edilib. Bildirilib ki, peşəkar jurnalistika prinsiplərinə sadiqliyin qorunması, məsuliyyətli media fəaliyyətinin təşviq edilməsi, habelə üzv ölkələr arasında koordinasiyalı fəaliyyətin gücləndirilməsi D-8 məkanında informasiya təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

1/5
Seçilən
0
1
media.gov.az

2Mənbələr