AZ

Bu ilin sonunadək daha bir neçə ali təhsil müəssisəsində innovasiya mərkəzi yaradılacaq - Fərid Osmanov

Bakı. Trend:

Bu ilin sonunadək daha bir neçə ali təhsil müəssisəsindəinnovasiya mərkəzlərinin yaradılması planlaşdırılır.

Trend xəbərverir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İH-ninsədri Fərid Osmanov bu gün İqtisadi İslahatların Təhlili vəKommunikasiya Mərkəzinin tabeliyində “Enterprise Azerbaijan”portalı tərəfindən keçirilən “Startup School 3” layihəsiçərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiyaproqramının “Demo-Day” tədbirində deyib.

O bildirib ki, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyininfəaliyyəti ölkədə rəqəmsallaşma və innovasiya sahəsində aparılanişlərin təmin edilməsinə, eləcə də bu istiqamətdə vahidstrategiyanın həyata keçirilməsinə yönəlib:

"Bu fəaliyyətlərin başlıca məqsədləri vətəndaş cəmiyyətininrifahını yüksəltmək, biznes proseslərinin effektivliyini vədayanıqlığını artırmaq, həmçinin dövlət xidmətlərinin əlçatanlığınıvə proseslərin çevikliyini təmin etməkdir.

Texnologiyada sürətli inkişaf müşahidə olunduğundan, süniintellekt həlləri və rəqəmsal həllərin geniş yayılması artıq seçimdeyil, zərurət kimi qəbul olunur".

F. Osmanov vurğulayıb ki, hazırda Bakı şəhərində, eləcə dəSumqayıt üzrə universitetlərdə və ölkənin bir sıra digər ali təhsilmüəssisələrində innovasiya məkanlarının yaradılması istiqamətindəişlər görülür:

"Bu məkanlar dövlət qurumları, akademik institutlar, startaplarvə biznes subyektlərinin bir araya gəlməsi üçün platforma rolunuoynayır.

İlin sonunadək digər ali təhsil müəssisələrində də innovasiyamərkəzlərinin yaradılması planlaşdırılır.
Məqsədimiz odur ki, innovasiya düşüncəsi geniş yayılsın və buistiqamətdə ekosistemin inkişafı üçün tələb olunan mühitformalaşdırılsın. Universitetlərlə əməkdaşlıq, birgə layihələrinicrası və yeni təşəbbüslərin dəstəklənməsi bu işin mühümhissəsidir.

Əsas məqsədimiz innovasiya düşüncəsinin cəmiyyətdəmöhkəmləndirilməsi, gənclərin və startapların bu prosesə fəalşəkildə cəlb olunması və ölkəmizdə rəqəmsal inkişafınsürətləndirilməsidir. Düşünürəm ki, ali təhsil müəssisələri iləqurulan əməkdaşlıq və yaradılan bu birgə platformalar qarşıyaqoyulan hədəflərə çatmağa ciddi töhfə verəcək".

"Özəl sektorla əməkdaşlıq çərçivəsində 3 vençur fondununyaradılması təmin edilib. Eyni zamanda 30-dan artıq startapa dəstəkgöstərilmişdir.

Bu əlaqənin, kommunikasiyanın qurulması, eyni zamanda nəinkiAzərbaycanda, həmçinin xarici bazarlara çıxışın təmin edilməsi dəçox vacibdir", - deyə F. Osmanov əlavə edib.

Seçilən
24
az.trend.az

1Mənbələr