
Azərbaycan güləşçisi Ağanəzər Novruzov (74 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, o, finalda İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Arseniy Djioyev (86 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

