AZ

1 milyona ev, 440 minə cip alan rektorun akademiyadakı milyonluq xərci - Görün nəyə xərclənib - SİYAHI

Fuad Hacıyevin rektor olduğu Azərbaycan İdman Akademiyası" PHŞ-nin bu il ərzində bağladığı tenderlərlə bağlı 32gun.az araşdırma aparıb.

 
Heç bir rayonda, bölgələrdə filialı olmayan Akademiya  bu il ərzində müxtəlif tenderlər üzrə 1 milyon manatdan çox vəsait xərcləyib.
 
2025-ci il üçün Akademiyada 7,284 tələbə təhsil alır, onlardan 771 nəfəri qızdır. Akademiyada 297 professor-müəllim çalışır, o cümlədən 4 elmlər doktoru, 34 elmlər namizədi-professor, 9 professor, 20 elmlər namizədi dosent, 20 dosent, 293 müəllim və baş müəllim fəaliyyət göstərir.
 
Bağlanmış tender müqavilələrinin siyahısını təqdim edirik:
 
Toyota Absheron Center MMC – Toyota avtomobillərinə servis xidməti – 1.250,35 AZN
 
Transevrokom MMC – 400 mb/s optik internet xidməti – 22.800 AZN
 
ULTRA TECHNOLOGİES MMC – Maşın və avadanlıqlar – 250.559,43 AZN
 
TC2 Labs LLC – TC2-19 Body Scanner üçün 1 illik lisenziya – 4.250 AZN
 
OFİS-A.M. MMC – Tədbirlərdə istifadə üçün içməli su – 4.307 AZN
 
PREMYER PRODAKŞİN MMC – Novruz bayramı tədbiri – 10.453,62 AZN
 
KONVEN MMC – Qazanxana və havalandırma sistemlərinin servisi – 47.270 AZN
 
FİRE GROUP MMC – Yanğından mühafizə xidməti – 4.224,99 AZN
 
CARGO.AZ MMC – Təmizlik xidməti – 1.000 AZN
 
Azərinşaatlayihə Dövlət Baş Layihə-konstruktor və Texnoloji İnstitutu – Liftin metal konstruksiyasının müayinəsi – 15.200 AZN
 
AZ Texno Engineering MMC – Qazanxana üçün su nasosu – 2.501,6 AZN
 
VIVA MEDICAL GROUP MMC – Tibbi avadanlıqlar və sərfiyyatlar – 72.154,71 AZN
 
SİNAM MMC – SERP proqram təminatına texniki dəstək – 16.992 AZN
 
NUR-E.A. MMC – Mətbəə məhsulları – 56.425,6 AZN
 
TEXNOPARK AS MMC – İdman malları – 68.814,06 AZN
 
Education in Azerbaijan MMC – Xarici tələbələrin cəlb olunması və beynəlxalq əlaqələr – 103.250 AZN
 
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – Ekspertiza işləri – 1.011,38 AZN
 
PLAGİAT.PL MMC – Plagiat yoxlaması və texniki dəstək – 4.838 AZN
 
Azpetrol Ltd. MMC – Yanacaq alışı – 54.400 AZN
 
MAİN SUPPLY MMC – İzolyasiya malları – 12.388,94 AZN
 
BEST TECH MMC – Kartric, toner və ehtiyat hissələri – 61.554,7 AZN
 
OFİS-A.M. MMC – Bədii tərtibat işləri üçün elementlər – 14.956,5 AZN
 
Firuzə Əsgərzadə – Güllər – 3.700 AZN
 
Tenderlər üzrə ümumi xərclənən məbləğ: 1.035.048,38 AZN.
 
Bu qədər böyük vəsaitin hansı meyarlarla paylanması, hansı şirkətlərə verilməsi hələ də açıqlanmır. Akademiyada filialın olmaması, tələbə sayı ilə müqayisədə bu xərclərin miqyası ciddi suallar doğurur.
 
Xatırladaq ki, 2021-ci ildə mediada Fuad Hacıyevin milyonluq villası və bahalı avtomobili ilə bağlı məlumatlar yayılmışdı. Bildirilirdi ki, rektorun Xətai rayonunda yaşadığı mənzilin yaxınlığında əlavə olaraq dəyəri təxminən 1 milyon manat olan daha bir villası mövcuddur.
 
Bundan başqa, onun 440 min manat (259 min dollar) dəyərində son model “Range Rover” markalı avtomobil aldığı qeyd olunurdu. “10 CN 394” dövlət nömrə nişanlı avtomobil həyat yoldaşı Cəmilə İbrahimovanın adına rəsmiləşdirilib, Fuad Hacıyev isə avtomobili etibarnamə ilə idarə edib.
Seçilən
101
13
yenilik.az

10Mənbələr