Ajans.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində D-8 təşkilatının baş katibi İsiaka Abdulqadir deyib.
O qeyd edib ki, Azərbaycan D-8-ə daxil olduğu vaxtdan təşkilat üçün böyük işlər görüb: "Bir neçə gündən sonra Bakıda D-8 Gənclər Forumu da keçiriləcək. Biz öz fəaliyyətimizi dünyaya göstərməyə çalışırıq. Digər bir vacib nəticə jurnalistlərimizin və peşəkar media ekspertlərimizin bacarıqlarını artırmaq üçün necə əməkdaşlıq edə biləcəyimizi başa düşməkdir", - deyə baş katib vurğulayıb.