AZ

Bakıda dəhşətli gecə - Ölənlər və yaralılar var

21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Far.Az-ə verilən məlumata görə, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***21:59

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Far.Az xəbər verir ki, mənzillər yanğından mühafizə olunub.

***21:40

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın zamanı iki nəfər tüstüdən boğularaq ölüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, yanğın zamanı ölənlərdən biri yeniyetmədir.

Hadisə zamanı daha 14 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən binanın elektrik şaxtasında baş vermiş yanğın tam söndürülüb.

Mənzillər yanğından mühafizə olunub.

***21:09

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın məhdudlaşdırılıb.

Far.Az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

***20:55

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində baş vermiş yanğınla əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən qısamüddətli məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilir.

***20:09

Bakının Yasamal rayonu ərazisinda hündürmərtəbəli binada güclü yanğın başlayıb.

Bu barədə hadisə şahidləri Far.Az-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, Mirəli Seyidov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında başlayan yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğının 13-cü mərtəbədə baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanların olduğu deyilir. Əraziyə təcili yardım briqadaları da cəlb edilib.

Seçilən
30
14
far.az

10Mənbələr