AZ

Böcek ailəsinin ölümü ilə bağlı yeni xəbər: Saxlanılanlar var

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstanbulda oteldə qalan 4 nəfərdən ibarət ailənin zəhərlənmə şübhəsi ilə ölməsi ilə bağlı aparılan istintaq çərçivəsində daha əvvəl şərti olaraq azadlığa buraxılan otel sahibi və bir işçi həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, istintaq və iş materialları üzrə aparılan araşdırmalar zamanı irəli sürülən etirazlardan sonra, əvvəllər çağırış hakimi tərəfindən ev dustaqlığına buraxılmış otel sahibi H.O. və xaricə çıxışı qadağan edilən otel işçisi R.B. tutularaq həbsxanaya göndərilib.

Qeyd olunub ki, İstanbul Baş Prokurorluğu İstanbulun Fatih şəhərindəki oteldə qalan Böcek ailəsinin ölümü ilə bağlı araşdırmalarını davam etdirir.

Qeyd edək ki, Sərvət, həyat yoldaşı Çiğdəm və uşaqları Masal və Kadir Muhammet Böcek Almaniyadan tətil üçün İstanbula gələrkən səhhətləri pisləşib və xəstəxanaya aparılıblar. Bütün tibbi müdaxilələrə baxmayaraq, ana, ata və iki uşaq dünyasını dəyişib.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı oteldə zərərvericilərə qarşı mübarizə aparıldığı müəyyən edilib və hadisə ilə bağlı 7 şübhəli saxlanılıb.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
85
globalinfo.az

1Mənbələr