AZ

Zidan gələn il iş başında olacaq

Nəhayət, Zinəddin Zidanın məşqçi karyerasını nə vaxt bərpa edəcəyi məlum olub. Bu haqda AS qəzeti məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, İspaniyanın populyar idman nəşri fransalı mütəxəssisin gələn yay ölkəsinin əsas komandasına təyinat alacağını yazıb. Bu mənbəyə görə, Zidan Fransa yığmasını tərk edəcək Didye Deşamın yerini tutacaq.

Xatırladaq ki, Deşam milli komandanı 2012-ci ildən çalışdırır. O, “üçrənglilər”i 2018-ci ildə dünya çempionluğuna daşıyıb.

Zidan isə karyerası ərzində yalnız “Real”a başçılıq edib. İspaniya klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub.

Seçilən
26
1
football-plus.az

2Mənbələr