Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğının baş verdiyi çoxmərtəbəli yaşayış binasının qarşısında FHN tərəfindən xüsusi qərargah yaradılıb.
Publika.az xəbər verir ki, qərargahın əməkdaşları tərəfindən müvafiq sənədləşmə, qeydiyyat işləri həyata keçirilir. Bundan sonra sakinlərin bir qisminə mənzillərdən zəruri əşyaları götürmələrinə icazə verilir. Sakinlər zəruri əşyalarını götürdükdən sonra mənzilləri müvəqqəti tərk edirlər.
Qeyd edək ki, yanğın nəticəsində üç nəfər ölüb. Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.