AZ

Tramp Kiyevdən bu qədər ərazini güzəştə getməyi tələb edir

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Trampın sülh planı Ukraynanın 2300 kvadrat kilometr ərazini Rusiyaya güzəştə getməsini nəzərdə tutur.

AzPost bildirir ki, bu barədə AFR Agentliyi məlumat verib.

Bu Lüksemburq boyda ərazi deməkdir.

Trampın planına görə, Kiyev bufer zonasına çevriləcək Donetsk bölgəsində təxminən 5000 kvadrat kilometr ərazini güzəştə getməlidir. Luqansk bölgəsində 45 kvadrat kilometr ərazini saxlamasını nəzərdə tutur. Bunun müqabilində Moskvanın Xarkov (2000 kvadrat kilometr), Dnepropetrovsk (450 kvadrat kilometr), Sumı (300 kvadrat kilometr) və Çerniqov (20 kvadrat kilometr) bölgələrindəki ərazilərdən geri çəkilməsi tələb olunacaq.

Reuters həmçinin Ukraynanın bu “sülh planı” çərçivəsində güzəştə getməli olduğu əraziləri göstərən xəritəni dərc edib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azpost.info

2Mənbələr