AZ

Bakıda faciəvi şəkildə ölən ofisiantların FOTOLARI

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Biləcəridə “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını cərəyan vurub öldürüb.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, faciəvi şəkildə həlak olan işçilərin ikisi Tərtər sakinləridir.

Belə ki, onlardan biri 1998-ci il təvəllüdlü Muradlı Cavidan Tofiq oğlu Tərtər şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyev Eltac Habil oğlu isə rayonun Köçərli kənd sakinidir.

Onlar noyabrın 22-də yaşadıqları ünvanda dəfn ediləcəklər.

Faciə nəticəsində həyatından olan digər iki gənc isə 20 yaşlı Emil Quliyev və 18 yaşlı Əkbər Zeynalovdur.

Seçilən
28
8
publika.az

10Mənbələr