AZ

“Dinamo”nun rəhbərliyi Ülvi Babayevə “Spartak”a keçməyi qadağan edib

“Dinamo Moskva”nın idarə heyətinin üzvü Sergey Stepaşin ağ-göylərin oyunçuları ilə görüşdə Azərbaycan əsilli hücumçu Ülvi Babayevə müraciət edib.

“Spartak”ı ağlına da gətirmə! Taşayev adlı biri var idi, “Spartak”a keçdi və vəssalam. Başa düşdün?”, - Stepaşin bildirib.

Jurnalist İvan Karpov daha əvvəl “qırmızı-ağların” “Dinamo”nun hücumçusuna olan marağı barədə məlumat vermişdi.

Yarımmüdafiəçi Aleksandr Taşayev “Dinamo” kkademiyasının məzunudur. 2018-ci ildə “Spartak”a keçib və 2021-ci ilə qədər orada qalıb. 2024-cü ildə Taşayevin 29 yaşında karyerasını bitirdiyi bildirilib.

Bu mövsüm Babayev bütün yarışlarda 12 oyunda iştirak edib və beş qol vurub. Oyunçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 350.000 avrodur.

İdman.Biz

Seçilən
57
1
idman.biz

2Mənbələr