AZ

Bakıda restoran yaxınlığında faciə: 4 OFISIANTI “TOK” VURUB ÖLDÜRDÜ

Bu gün paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib.

 

“Qafqazinfo”nun məlumatına görə, “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində həyatını itirib.

 

“Azərişıq” ASC-dən saytın sorğusuna cavab olaraq bildirilib ki, hadisə baş verən həmin 35 kV-luq özəl xətt 2007-ci ildə istifadəyə verilib: “Həmin yüksəkgərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün “Azərişıq” ASC-nin balansında deyil”.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

**

 

İlkin məlumata görə, onlar restorandan başqa bir yerə hündür metal nərdivan daşıyırmışlar və hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

 

**

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cərəyanvurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb.

 

Saat 12:00-da təcili tibbi yardım briqadası çağırış ünvanına çatıb.

 

Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
62
senzor.az

1Mənbələr