AZ

Söhbəti dərhal bağladı: "Yamal yeni Messi olacaq?” sualını eşidən kimi...

Jordi Alba Lamine Yamalın istedadına hörmətlə yanaşır, lakin onun Leo ilə müqayisəsini rədd edir.

Publika.az xəbər verir ki, jurnalistlərlə görüşdə “İnter Mayami”nin müdafiəçisi əvvəlcə gülüb, “Bir başlıq istəyirsən…” deyib və sonra gənc oyunçunu tərifləyərək “Barsa”nın digər liderlərini xatırladıb: Frenki, Pedri və başqaları.

Ancaq birbaşa Yamalın növbəti Messi ola biləcəyini soruşduqda, Alba dərhal mövzunun bağlandığını açıqlayıb: “Lamin ilə Leo müqayisəsi… heç bir müqayisə ola bilməz. Messinin rəqibi yoxdur”.

Seçilən
34
publika.az

1Mənbələr