AZ

Direktorların işə qəbulunda bu müəllimlərə üstünlük veriləcək

Yazını böyüt
Yazını kiçilt

"Şagird sayı 500-ə qədər olan ümumitəhsil müəssisələrində direktorların işə qəbul prosesində əsas prinsip həmin məktəbdə çalışan kadrlara üstünlük verilməsidir".

Hafta.az xəbər verir ki bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli deyib.

"İlk mərhələdə müəssisənin özündə çalışan direktor müavinləri və müəllimlər arasından seçim aparılacaq. Namizədlərdən ilkin olaraq sertifikatlaşdırma, daha sonra müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində və diaqnostik qiymətləndirmə nəticəsinin 70% və daha yuxarı olması tələb olunur", - Nurlan İsmayılbəyli bildirib. /apa/

Seçilən
144
20
hafta.az

10Mənbələr