BAKI, 22 noyabr. TELEQRAF
Ötən gün itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, noyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.