AZ

Azərbaycan kinosu ölüm ayağında: Bir qəpik də ayrılmadı

Son günlər milli kinomuzun ətrafında intensivləşən maliyyələşmə müzakirələri bu sahədə mövcud olan digər problemləri də üzə çıxarıb. Kino Agentliyinə bu il ayrılan 8.5 milyon vəsaitin yalnız 41 faizinin istifadə olunması, beş milyon qalıq qalması quruma 2026-cı il üçün Maliyyə Nazirliyi tərəfindən əlavə pulun ayrılmasını əngəlləyib. Məsələ ilə bağlı həyəcan təbili Milli Məclisdə də çalınıb. MM-in Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu dövlət büdcəsindən kinoya vəsait ayrılmamasının təhlükə yaratdığını bildirib: “Kinoya vəsait ayrılmasa, bu sahədəki mütəxəssislər iş yerlərini tərk edəcəklər, kinomuz inkişaf edə bilməyəcək”.

Komitə sədrinin bu fikirləri kino adamlarının bir növ ürəyini açıb.

Qeyd edək ki, hazırda kino sahəsi Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs tərəfindən idarə olunur.

Əgər vəsait ayrılmasa...

ARKA-dan bildirilib ki, kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Belə ki, qurum ildə orta hesabla 8-10 tammetrajlı filmin istehsal olunduğunu, film layihələrinin istehsalına başlanıldığını, bu canlanmanın kino sənayesində iş yerləri yaratdığını bildirir. ARKA filmlərin yayım hüquqlarının satışına başlanıldığını, yerli kanallarla yayım paketi imzalandığını, filmlərin Kann, Venesiya kimi nüfuzlu festivallara ayaq açdığını, beynəlxalq əməkdaşlığın genişləndiyini də qeyd edir. Agentliyin diqqətində olan ən böyük iş isə dağılmış vəziyyətdə olan “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsidir. Qurum 2025-ci il üçün büdcədən kino çəkilişi üçün ayrılmış vəsaitin xərclənməməsinə aydınlıq gətirərək, hesabında qalan 4,5 milyon manatın yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəldiyini açıqlayır. Qurum hesab edir ki, həyata keçirdiyi işlərin müqabilində 2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər.

Seçilən
51
publika.az

1Mənbələr