AZ

D-8 dövlətlərinin Bakıda keçirilən Media Forumu qlobal informasiya təhlükəsizliyinə töhfədir - Cəlil Xəlilov

Bakı. Trend:

21 noyabr 2025-ci il tarixində Bakıda “Dialoqun, əməkdaşlığın vəregional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8Media Forumu qlobal informasiya təhlükəsizliyinin təminiistiqamətində atılan tarixi addımdır.

Bunu Trend-əaçıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sdəri polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, Prezidenti İlham Əliyevin forumiştirakçılarına ünvanladığı müraciət, bu müraciətdə yer alançağırışlar forumun əhəmiyyətini göstərir:

“Hər şeydən öncə qeyd edək ki, D-8 Media Forumu 2 milyarddan çoxinsanı əhatə edən dövlətlərin Forumudur ki, bu rəqəmin özü tədbirinqlobal miqyasını əks etdirir. Azərbaycan PrezidentininAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyevin Forumda iştirakı, Prezident İlham Əliyevin Forumiştirakçılarına müraciəti də Forumun əhəmiyyətindən xəbərverirdi.

Qlobal informasiya təhlükəsizliyinin təmininə, “mediaçirkliliyi”nin ortadan qaldırılmasına, D-8 dövlətlərinin mediaorqanları arasında əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmətedən Forumda informasiya təhlükəsizliyi üçün təhdid yaradan hallar,eləcə də, məlum problemlərin həlli yolları ətraflı müzakirə edildi.D-8 Media Forumu bir daha sübut etdi ki, Azərbaycan qlobaltəhlükəsizliyinin bir hissəsi olan informasiya təhlükəsizliyinəmühüm önəm verir, bu təhlükəsizliyin etibarlı şəkildə təminedilməsini son dərəcə vacib hesab edir”.

Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin Forumişirakçılarına ünvanlanan müraciətinin də bir-birindən önəmliçağırışlarla zəngin olduğunu bildirib:

“Prezident İlham Əliyev forum iştirakçılarına ünvanlananmüraciətində qlobal informasiya təhlükəsizliyinin təmin edilməsiüçün atılması gərəkən addımlara diqqət çəkdi ki, bunlardan da biriD-8 ölkələrinin media orqanları arasında əməkdaşlığın genişlənməsi,həmçinin, ortaq media platformasının yaradılması oldu.

Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülən bu çağırışinformasiya çirkliliyinin qarşısının alınması, dezinformasiya vəsaxta xəbərlərə qarşı mübarizə baxımından həqiqətən də mühüməhəmiyyətə malikdir. forum dövlətlərinin media qurumları arasındaəməkdaşlığın dərinləşməsi dəqiq və dolğun informasiyaların təqdimiüçün əlverişli şərait yaradar ki, bu da dezinformasiyalar üçüngərəkli olan zəminin ortadan qaldırılması deməkdir. Ortaq mediaplatformasının yaradılması da ictimaiyyətə təqdim edilən xəbərlərinetibarlılığını, dürüstlüyünü, dəqqiliyini təmin etmək baxımındanoldquca önəmlidir.

Hesab edirəm ki, forum iştirakçıları Prezident İlham Əliyevtərəfindən irəli sürülən təkliflərin reallaşması istiqamətindəlazımi addımlar atacaq və bununla qlobal informasiyatəhlükəsizliyinin təmininə böyük töhfə verəcəklər”.

Seçilən
15
5
az.trend.az

6Mənbələr