AZ

3 nəfərin öldüyü yanğına görə kim məsuliyyət daşıyır?

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, yanğın və ya qəza nəticəsində ölüm hallarının araşdırılamsında iki cür yanaşma ola bilər. 

Hüquqşünasın fikrinə görə, heç bir qayda və ya qanun pozuntusu olmayıbsa, sırf bədbəxt hadisə baş veribsə, kimisə məsuliyyətə cəlb etmək düzgün deyil:

"İkinci məsələ texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır. Hər bir binanın təhlükəsizliyinə baxan şəxs olmalıdır. Bütün qurğulara daimi nəzarət etməli, onlarla işləmək qaydalarını digər şəxslərə öyrətməli, eyni zamanda kənar şəxslərin qadağan olunmuş zonaya keçməsinin qarşısını almalıdır".

Ə.Həsənov deyib ki, cavabdeh orqan Fövqəladə Hallar Nazirliyidir:

"Nazirliyin aidiyyəti şöbəsi obyektlərdə daimi yoxlama və təlim təşkil etməlidir. Obyektin təhlükəsizliyinə cavabdeh şəxslə əməkdaşlıq mütləqdir".

Cavid Zahidoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
modern.az

2Mənbələr