AZ

Könül Vəlibəylinin qızı həyatla ölüm arasında: Dua çağırışı edildi

“Xəstəxanadan gəlmişəm”.

Vətəninfo.az xəbər verir ki, bunu Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva yazıb.

O, Mirəli Seyidov küçəsindəki çoxmərtəbəli binada yanğın zamanı ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləmana dair paylaşım edib.

Hazırda Ləman 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasında ağır vəziyyətdədir.

“Xəstəxanadan gəlmişəm… Çox pərişanam. Könülü itirməyin ağrısı içimdədir, amma ən böyük narahatlığımız Ləmandır. O, hazırda ölümlə mübarizə aparır. Könülün tək balası, yadigarı 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasındadır, vəziyyəti ağırdır. Xahiş edirəm, Ləman üçün dualarınızı əsirgəməyin”, – deyə Səidə Haqverdiyeva qeyd edib.

Aparıcı Xədicə Sənanqızı da paylaşımında “Ləman üçün dua edin. O hazırda xəstəxanada həyatla mübarizə aparır. Allah onu bizə bağışlasın, canına qüvvət versin”, – sözlərini yazıb.

Seçilən
11
2
veteninfo.az

3Mənbələr