Əməkdar artist Bəhram Bağırzadə sənətdən getdiyini açıqlayıb.
O qeyd edib ki, artıq sənətdən də gedib, KVN-dən də:
"Bitdi o işlər. Sənətdən də uzaqlaşmışam, KVN-dən də uzaqlaşmışam, kinodan da, tetrdan da".
Aktyorun bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə müxtəlif tip rəylər yer alıb.Kimi aktyorun bu qərarını kədərlə,kimi isə ironiya ilə qarşılayıb.Aktyora müxtəlif tip rəylər yazılıb.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış şair və tənqidçi Şəmsi Vəfadar bildirib ki,Bəhram Bağırzadə həqiqətən də sənətdən gedirsə,ömründə tək və ağıllı iş görüb.
"Bəhram Bağırzadənin getməsi Azərbaycan incəsənətinin təmizlənməsi deməkdir.Mənə elə gəlir ki,Azərbaycan incəsənətinə və kinosuna yamaq olan bu adamın getməsi və qalması heç bir xüsusi əhəmiyyət kəsb etməyəcək.Üç-beş kinoda,tamaşada epizodik rol almaq sənətkar olmaq demək deyil axı...Bəhram Bağırzadə hansı ciddi rolda yer alıb axı?Kinoda,teatrda,incəsəntdə o boyda adların yanında kimdir axı o?Onun varlığı hiss olunmadığı üçün yoxluğu da hiss olunmayacaq.Görünür,gec də olsa anlayıb ki,bu kino ki,var,onluq deyil...",-deyə Şəmsi Vəfadar bildirib.