“Real”ın qapıçısı Andrey Lunin Premyer Liqaya yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Tottenhem” 26 yaşlı qolkiperin transferi ilə ciddi maraqlanır və keçidi qışda həll etmək istəyir.
London klubunun Luninə 12–15 milyon avro arası qiymət verdiyi bildirilir.
Ukraynalı qapıçı “Real”a 2018-ci ildə keçib və onun müqaviləsi 2029/30 mövsümünün sonuna qədərdir.