AZ

Yeni Konstitusiya qəbul edilməlidir Paşinyan çağırış etdi

ain.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə yeni Konstitusiya qəbul edilməsinin hakimiyyətin daxili legitimliyini gücləndirmək üçün vacib olduğunu bildirib.

Modern.az xəbər verir ki, o, bu fikri ictimaiyyət qarşısındakı çıxışı zamanı səsləndirib.

Paşinyan deyib ki, Ermənistan beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünün qorunmasını prioritet hesab edir və yenilənmiş Konstitusiya bu istiqamətdə əsas hüquqi mexanizm rolunu oynamalıdır.

“Daxili legitimliyimizin gücləndirilməsi fundamental məsələdir və bu, yeni Konstitusiyanın qəbulunda öz əksini tapmalıdır”, – deyə o qeyd edib.

Ermənistanda Konstitusiya islahatları son aylarda geniş müzakirə mövzusuna çevrilib. Yeni sənədin hazırlanması ilə bağlı prosesin gələn il sürətlənəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
modern.az

3Mənbələr