Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Noyabrda ölkə idman ictimaiyyətinin diqqəti Səudiyyə Ərəbistanına - VI İslam Həmrəyliyi Oyunlarının keçirildiyi Ər-Riyad şəhərinə yönəlmişdi. Artıq ilk Oyunlara da ev sahibliyi edən müqəddəs torpaqlardakı yarış başa çatıb. İdmançılarımızın 18 gün davam edən Oyunlardakı nəticələrini təhlil etmək, qiymət vermək olar.
Azərbaycan komandası ümumilikdə 57 ölkənin qatıldığı Oyunları 59 medalla başa vurdu. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafat oldu. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutdu. 2022-ci ildə Konyada keçirilən V İslam Həmrəyliyini birinci sırada başa vuran Türkiyə (72 qızıl, 44 gümüş, 39 bürünc) yenə yarışın qalibi oldu, Özbəkistan (29 qızıl, 35 gümüş, 32 bürünc) ikinci, İran (29 qızıl, 19 gümüş, 33 bürünc) üçüncü yeri tutdu.

Göründüyü kimi, Azərbaycan nəinki ilk "üçlük"də yer almadı, ümumiyyətlə bu Oyunlardakı nəticələri əvvəlki illərlə müqayisədə ən zəifi oldu. Baxmayaraq ki, komandamız Ər-Riyada iddialı heyətlə yollanmışdı. Söhbət Olimpiada qaliblərindən Hidayət Qeydərov, Zelim Kotsoyev, həmçinin Qaşım Maqomedov, Həsrət Cəfərov, Maqomedxan Maqomedov, Giorgivilişli Meşviliş kimi titullu idmançılarımızdan gedir. Ancaq heç də hamısı ümidləri doğrultmadılar.
İndiyə qədərki yarışlarda ən pis halda, 8-ci yeri (2 dəfə) tutmuşduq. Doğrudur, ümumi medal sayı birinci (Məkkə) və üçüncü (Palembanq) Oyunlardakından çox olub. Konkret, Azərbaycan 2005-ci ildə baş tutan I İslam Həmrəyliyi Oyunlarından 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) qayıtmış və sıralamada 55 ölkə arasında 8-ci yeri tutmuşdu. 2013-cü ildə İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarına isə 53 idmançı ilə qatılan komandamız 24 medalla (6 qızıl, 9 gümüş və 9 bürünc) 41 ölkə arasında yenə 8-ci olmuşdu.
Bu dəfəki geriləmə əyarla bağlıdır. Nəzərə alsaq ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 179 idmançı təmsil edib, 9 qızıl medal çox azdır.

Buna baxmayaraq, parlaq çıxışlar da oldu. Xüsusilə basketbolçu qızlarımızın oyununu vurğulamaq olar. Aleksandra Mollenhauer, Dina Ulyanova, Brianna Freyzer və Tatyana Deniskinadan ibarət komanda həlledici görüşdə Türkiyə yığmasına qalib gələrək turnirin baş mükafatını ələ keçirdi. Qılıncoynatma yığmamız da ardıcıl ikinci dəfə İslam Oyunlarının çempionu oldu.

Vurğulamaq yerinə düşər ki, son İslam Həmrəyliyi Oyunlarında qadınlar daha güclü çıxış etdilər. Onlar beş qızıl medal qazandılar.
Cüdo millimiz də komanda hesabında inamlı qələbə qazandı.

VI İslam Həmrəyliyi Oyunlarında ölkələrin yekun medal sıralaması:
1. Türkiyə 72 44 39 155
2. Özbəkistan 29 35 32 96
3. İran 29 19 33 81
4. Səudiyyə Ərəbistanı 18 12 27 57
5. Misir 17 11 17 45
6. Bəhreyn 16 11 7 34
7. Qazaxıstan 15 20 21 56
8. Nigeriya 11 12 7 30
9. Mərakeş 10 7 9 26
10. Azərbaycan 9 19 31 59
11. BƏƏ 6 7 14 27
12. Əlcəzair 5 8 21 34
13. İndoneziya 4 12 9 25
14. Qırğızıstan 4 4 11 19
15. Tunis 4 4 10 18
16. Uqanda 3 4 6 13
17. İordaniya 3 3 10 16
18. Qatar 3 3 5 11
19. Küveyt 2 4 1 7
20. Kamerun 2 2 6 10
21. Oman 2 2 5 9
22. İraq 1 7 6 14
23. Seneqal 1 2 2 5
24. Pakistan 1 1 3 5
25. Cibuti 1 1 2 4
26. Əfqanıstan 1 1 1 3
27. Liviya 1 0 1 2
28. Tacikistan 0 3 3 6
29. Fələstin 0 2 3 5
30-31. Albaniya 0 2 0 2
Burkina Faso 0 2 0 2
32. Banqladeş 0 1 4 5
33-34. Niger 0 1 1 2
Suriya 0 1 1 2
35. Qvineya 0 1 0 1
36. Livan 0 0 4 4
37-38. Fil Dişi Sahili 0 0 3 3
Malayziya 0 0 3 3
39-40. Qayana 0 0 2 2
Toqo 0 0 2 2
41-42. Qambiya 0 0 1 1
Maldiv adaları 0 0 1 1
43-57. Benin 0 0 0 0
Bruney 0 0 0 0
Çad 0 0 0 0
Komor adaları 0 0 0 0
Qabon 0 0 0 0
Mali 0 0 0 0
Mavritaniya 0 0 0 0
Mozambik 0 0 0 0
Sierra Leone 0 0 0 0
Somali 0 0 0 0
Sudan 0 0 0 0
Surinam 0 0 0 0
Türkmənistan 0 0 0 0
Yəmən 0 0 0 0
Qvineya-Bisau 0 0 0 0
Azərbaycan
Medal: qızıl - 9, gümüş - 19 gümüş, bürünc - bürünc; cəmi - 59.
Ağır atletika
qızıl - 0, gümüş - 5, bürünc - 6
Gümüş
İsa Rüstəmov
Kişilər 71 kq Təkanla
Ravin Alməmmədov
Kişilər 79 kq
Ravin Alməmmədov
Ağır atletika kişilər arasında 79 kq birdən qaldırma
Dadaş Dadaşbəyli
Kişilər 110 kq
Dadaş Dadaşbəyli
Kişilər 110 kq birdən qaldırma
Bürünc
Nuray Əbilova
Qadınlar 48 kq
Nuray Əbilova
Qadınlar 48 kq təkanla
Nuray Əbilova
Qadınlar arasında 48 kq birdən qaldırma
İsa Rüstəmov
Kişilər 71 kq
İsa Rüstəmov
Kişilər 71 kq birdən qaldırma
Ravin Alməmmədov
Ağır Atletika Kişilər 79 kq Təkanla
Cüdo
qızıl - 3, gümüş - 2, bürünc - 5
Qızıl
Hidayət Heydərov
Kişilər -73 kq
Südabə Ağayeva
Qadınlar -70 kq
Azərbaycan
Qarışıq Komanda
Gümüş
Konul Aliyeva
Qadınlar -48 kq
Zelim Kotsoyev
Kişilər - 100 kq
Bürünc
Aydan Vəliyeva
Qadınlar -52 kq
Ruslan Paşayev
Kişilər -66 kq
Aytac Qardaşxanlı
Qadınlar -70 kq
Elcan Hacıyev
Kişilər -90 kq
Uşangi Kokauri
Kişilər +100 kq
Üzgüçülük
qızıl - 0, gümüş - 1, bürünc - 2
Gümüş
Ramil Vəlizadə
Kişilər 200 m məsafəyə batterflay
Bürünc
Azərbaycan qadınlar 4 x 200 m sərbəst estafet
Suleyman Ismayilzada
Kişilər 1500 m məsafəyə sərbəst üsulla
Stolüstü tennis
qızıl - 0, gümüş - 0, bürünc - 2
Bürünc
Azərbaycan qadın komandası
Azərbaycan qarışıq cütlər
Boks
qızıl - 1, gümüş - 3, bürünc - 2
Qızıl
Səidcəmşid Cəfərov
Kişilər 80 kq
Gümüş
Nərgiz Zeynalova
Qadınlar 54 kq
Aynur Mikayilova
Qadınlar 57 kq
Məhəmmədəli Qasımzadə
Kişilər 60 kq
Bürünc
Fatima Mehdiyeva
Qadınlar 65 kq
Sərxan Əliyev
Kişilər 70 kq
Karate
qızıl - 1, gümüş - 0, bürünc - 2
Qızıl
İrina Zaretska
Qadınlar -68 kq
Bürünc
Roman Heydərov
Kişilərin fərdi yarışı
Mədinə Sadıqova
Qadınlar -55 kq
Voleybol
qızıl - 0, gümüş - 1, bürünc - 0
Gümüş
Azərbaycan
Voleybol Qadınlar
Muay tay
qızıl - 0, gümüş - 1, bürünc - 2
Gümüş
Xəyal Əliyev
Kişilər 60-65 kq
Bürünc
Əli Əliyev
Kişilər 55-60 kq
Səlahəddin Qocazadə
Kişilər 65-70 kq
Taekvondo
qızıl - 0, gümüş - 1, bürünc - 1
Gümüş
Minayə Əkbərova
46 kq-dan aşağı qadınlar
Bürünc
Qaşım Maqomedov
60 kq-dan aşağı kişilər
Uşu
qızıl - 0, gümüş - 0, bürünc - 1
Bürünc
Elçin Eminov
Kişilər 60 kq
Qılıncoynatma
qızıl - 1, gümüş - 0, bürünc - 3
Qızıl
Azərbaycan
Qılıncoynatma Qadınlar Qılınc Komandası
Bürünc
Vahab Fatullayev
Qılıncoynatma Kişilər üçün Fərdi Qılınc
Palina Kaspiaroviç
Qılıncoynatma Qadın Saber Fərdi
Azərbaycan
Qılıncoynatma üzrə Qadın Epe Komandası
Atletika / Paraatletika
qızıl - 0, gümüş - 0, bürünc - 1
Bürünc
Yekaterina Sarıyeva
Atletika / Para Atletika Qadınlar üçün Üç təkanla tullanma
Güləş
qızıl - 2, gümüş - 5, bürünc - 4
Qızıl
Jalə Əliyeva
Qadın sərbəst güləş 57 kq
Arseni Djioyev
Kişilər arasında sərbəst güləş, 86 kq
Gümüş
Həsrət Cəfərov
Kişilər arasında yunan-Roma güləşi, 67 kq
Murad Əhmədiyev
Kişilər arasında yunan-Roma güləşi, 97 kq
İslam Bazarqanov
Kişilər arasında sərbəst güləş, 57 kq
Ruzanna Məmmədova
Qadın sərbəst güləş, 62 kq
Ağanəzər Novruzov
Kişilər arasında sərbəst güləş, 74 kq
Bürünc
Elnurə Məmmədova
Qadın sərbəst güləş 50 kq
Nigar Mirzəzadə
Qadın sərbəst güləş, 68 kq
Maqomedxan Maqomedov
Kişilər arasında sərbəst güləş, 97 kq
Giorgi Meşvildişvili
Kişilər arasında sərbəst güləş 125 kq
3x3 Basketbol
qızıl - 1, gümüş - 0, bürünc - 0
Qızıl
Azərbaycan
3x3 Basketbol Qadınlar
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
