AZ

Şair Arif Buzovnalı dəfn olunub - YENİLƏNİB

Şair
Şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbirstanlığında dəfn edilib. 1news.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Arif Buzovnalı ilə vida mərasimi Buzovnada yerləşən Məşədi Qərib məscidində keçirilib. 10:36 Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib. 1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə şairin yaxınları məlumat verib. Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub.

O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

Seçilən
39
7
1news.az

10Mənbələr