AZ

"G20-ni daha çox məsuliyyət götürməyə dəvət edirəm" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, qlobal iqtisadi bərabərsizliklərin artdığı bir dövrdə G20 ölkələrinin daha çox öhdəlik götürməsinin zəruri olduğunu bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə G20 Liderlər Sammitində çıxış zamanı danışıb.

O vurğulayıb ki, heç kimin geridə qalmadığı, daha ədalətli və əhatəli qlobal iqtisadiyyatın qurulması üçün bütün G20 üzvləri aktiv rol oynamalıdırlar.

Ərdoğan dünyada hər 10 insandan birinin hələ də ağır yoxsulluq şəraitində yaşadığını xatırladaraq, 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərindən uzaqlaşıldığını qeyd edib.

Türkiyə Prezidenti deyib ki, 2024-cü ildə qlobal inkişaf yardımları 9 faiz azalıb, 2025-ci ilin nəticələrində isə bu azalmanın 17 faizə çatacağı proqnozlaşdırılır. Onun sözlərinə görə, bu vəziyyətdən ən çox zərər görən region Afrika qitəsidir.

Seçilən
37
unikal.az

1Mənbələr