Mingəçevirdə avtomobil piyadanı vurub. Hadisə Mingəçevir şəhəri ərazisində axşam saatlarında baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, "Lada Priora" markalı avtomobil piyada, 2007-ci il təvəllüdlü Bəyim Sadıqzadəni vurub.
Xəsarət alan Mingəçevir şəhər sakini Mərkəzi xəstəxanaya çatdırılıb. Onun topuğun qapalı travması xəsarətini aldığı deyilir.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta