Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Dünyada bu istiqamətdə təcrübələr çoxdur. Öz ölkəsini, xalqını qorumaq üçün dövlət başçılarının addığı addımlar var".
Bu sözləri hərbi şərhçi Ramil Məmmədli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bunu Azərbaycanın tarixi təcrübəsindən də görmək olar.
"Heydər Əliyev 1994-cü ildə atəşkəsə nail olmasaydı, biz 2020-ci ilə qədər çox ciddi inkişafa nail ola bilməzdik. Ümummilli Liderin atəşkəsdən sonra bünövrəsini qoyduğu iqtisadi layihələr, ordunun formalaşdırılması bizim qələbənin təməli idi.
Sonradan Prezident İlham Əliyevin məhz bu ordunun müasir müasir və güclü ordu formatına salınması, ölkənin iqtisadi gücünün inkişaf etdirilməsi, və digər uğurlar bizim qələbəni təmin etdi. Müharibə həm də iqtisadiyyatıdır, puldur. Bu baxımdan da, Ukraynnanın Azərbaycan təcrübəsindən bəhrələnməsi vacibdir".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.