AZ

Avropada qazın qiyməti Trampın Ukrayna planına görə ucuzlaşdı

BAKI, 22 noyabr. TELEQRAF

Avropada qazın qiyməti 2024-cü ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.

Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı açıqlanandan sonra qazın min kubmetrinin qiyməti təxminən 360 dollara düşüb. Qiymətlərin dəyişməsinə təkcə isti hava proqnozları deyil, həm də Ukraynada hərbi əməliyyatları dayandırmaq üçün yeni planın müzakirələri təsir edib.

Avropalı qaz treyderləri hadisələri diqqətlə izləyirlər, çünki Kiyevin Moskva ilə sülh sazişi imzalaması Rusiyaya qarşı sanksiyaların ləğvinə səbəb ola bilər. Məqalədə qeyd olunur ki, hazırda Rusiya Aİ-nin qaza olan tələbatının yalnız təqribən 10%-ni ödəyir. Sanksiyalar yüngülləşdirilərsə, Rusiyanın qlobal bazara yanacaq tədarükü kəskin arta bilər, bu da qiymətlərə təsir edəcək.

Seçilən
24
teleqraf.com

1Mənbələr