AZ

Maaşı ödənmədiyi üçün klubla yollarını ayırır

style='margin-bottom:10px;'>

Türkiyənin “Serik Spor” klubunun müdafiəçisi Kirill Qotsuk komandanı tərk etməyə hazırlaşır.

QOL.az xəbər verir ki, 33 yaşlı oyunçu klubun maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqaviləyə xitam vermək qərarına gəlib. Onun artıq bu məsələ ilə bağlı rəhbərliyə rəsmi iradını bildirdiyi qeyd olunur.

Qeyd edək ki, rusiyalı futbolçu cari mövsümdə 13 oyuna çıxıb. Onun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr