ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid" əsas ulduzlarından biri olan Vinisius Juniorla yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, İspaniyanın nüfuzlu nəşri "AS" Madrid klubunun braziliyalı futbolçunu uzunmüddətli planların mərkəzində gördüyünü və yeni sözləşmənin artıq hazırlanma mərhələsində olduğunu yazıb.
Yeni müqavilənin Vinisiusu ən yüksək maaş alan futbolçulardan birinə çevirməsi gözlənilir. Klub rəhbərliyi futbolçunun ardıcıl yaxşı oyununu, Çempionlar Liqasındakı həlledici performansını və dünya futbolunda yüksələn nüfuzunu nəzərə alaraq onun komandada qalmasını strateji addım hesab edir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.