ain.az bildirir, Milli.az saytına əsaslanaraq.
Ötən gün Bakının Yasamal rayonunda yanğının baş verdiyi binanın sakinləri ilə söhbət zamanı hadisənin bəzi təfərrüatları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, sakinlərin sözlərinə görə yanğının səbəbi binanın birinci mərtəbəsində fəaliyyət göstərən restoranın bir ay öncə quraşdırdığı elektrik doldurma məntəqəsi üçün generatoru zirzəmiyə yerləşdirməsi olub.
Onların sözlərinə görə restoran sahibi təmizlik etmək istəyən sakinləri binanın şaxtasına buraxmayıb. Bundan başqa binanın qəza çıxışı da restoranın müdiriyyəti tərəfindən bağlı saxlanılıb."Loft" restoranının rəhbərliyi baş verən yanğınla bağlı ittihamları rədd edib. "Yanğın restoranın daxilində deyil, binada baş verib. Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa bir hissəsi zərər görərdi. Amma restoran heç bir ziyan çəkməyib." deyə bildirilib.Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.