Tovuzda qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Düzcırdaxan kəndində baş verib. Kənd ərazisində hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Əraziyə FHN xilasediciləri və polis əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov