AZ

COP31-ə Türkiyə ev sahibliyi edəcək

Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara isə Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər.

BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada baş tutacaq.

Konsensus mətni Türkiyənin də daxil olduğu Birləşmiş Millətlər Təşkilatı yanında Qərbi Avropa və Digərləri qrupu tərəfindən təsdiqlənib. COP31-ə hazırlıq üzrə əsas müzakirələr Avstraliyada keçiriləcək və onların mövzusu iqlim maliyyəsi və Sakit okean ölkələri ilə ətraf mühit həmrəyliyi olacaq.

Seçilən
11
7
publika.az

8Mənbələr