AZ

Xosep Qvardiola: “Əlimizdən gələni etdik”

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 12-ci turunda “Nyukasl Yunayted”lə oyundan sonra fikirlərini bildirib.

İdman.Biz bildirir ki, matç 2:1 hesabı ilə “Nyukasl”ın xeyrinə başa çatıb.

“Əlimizdən gələni etdik. Son iki ayda etdiyimiz kimi, irəli addım atmaq istəyirdik, amma beynəlxalq fasilədən sonra bu nəticəni əldə etmək asan deyil. Hələ uzun bir yol var. Oyun gərgin keçdi və hər iki komandanın qol imkanları oldu. Cicio (Donnarumma) sadəcə möhtəşəm idi. Şansları qaçırdıq və sonra ikinci hissədə qol buraxdıq. Hər iki komandanın çoxlu qol şansı oldu, amma nəticə əldə edə bilmədik”, - Qvardiola klubun rəsmi saytında bildirib.

Premyer Liqanın 12 oyunundan sonra “Mançester Siti”nin 22 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Nyukasl Yunayted” 15 xalla 14-cü yerdədir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
118
32
icma.az

10Mənbələr