AZ

Avropa liderləri Vaşinqtona səfər edə bilərlər

Bakı. Trend:

Avropa liderləri gələn həftə ABŞ prezidenti Donald Trampadministrasiyasının Ukraynadakı münaqişənin həlli planını müzakirəetmək məqsədilə Vaşinqtona səfər edə bilərlər.

Trend xəbər verirki, bu barədə “Sky News“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Fransa prezidenti Emmanuel Makron və İtaliyanınbaş naziri Ciorcia Meloni də daxil olmaqla bir sıra Avropaliderləri Trampı sülh planında dəyişiklik etməyə razı salmaq üçünVaşinqtona səfər etməyi nəzərdən keçirirlər.

Kanal əlavə edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin26 noyabrda Britaniya hökumətinin büdcə müraciətindən əvvəl ABŞ-asəfər etməsi ehtimalı azdır.

Seçilən
48
2
az.trend.az

3Mənbələr