AZ

Vyetnamda daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı 90-a çatıb

Bakı. Trend:

Vyetnamın mərkəzində güclü leysan yağışların səbəb olduğukütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı90 nəfərə yüksəlib, 12 nəfər isə hələ də itkin düşmüş sayılır.

Trend xəbər verirki, bu barədə Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanındaAnbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının AlınmasıDepartamenti məlumat yayıb.

Son bir həftədir davam edən güclü yağışlar ən çox Dak Lak, KhanhHoa, Gia Lai və Lam Donq əyalətlərini vurub. 1100-dən çox ev,məktəb və inzibati bina dağılıb və ya zədələnib, təxminən 200 minev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24hissəsinə ciddi ziyan vuraraq yolları yararsız hala salıb vəölkənin mərkəzi regionu ilə digər ərazilər arasında avtomobil vədəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Təbii fəlakət mərkəzi Vyetnamda böyük iqtisadi itkilərə səbəbolub: 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvəplantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf olub.Rəsmi məlumatlara görə, fəlakətin ümumi iqtisadi təsiri 341 milyondolları ötüb.

Hökumət nəticələrin operativ aradan qaldırılması, əhalinintəhlükəsizliyinin təmin edilməsi və ziyanın minimuma endirilməsiüçün genişmiqyaslı tədbirləri davam etdirir.

Seçilən
72
6
az.trend.az

9Mənbələr