AZ

Rüfət Nasosnu: Hərislik meyxanaya ləkə vurdu

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışının qonağı meyxana ustası Rüfət Nasosnu olub.

O, meyxananın hazırkı vəziyyətini qiymətləndirib:

"Meyxana gözəl sənətdir. Burada pul qazanmaq asandır. Problem meyxanaçılardadır. Əvvəllər bədiyyə məclisləri gecə 12-də yekunlaşardı. Sonradan isə meyxana məclisləri gecə saat 3-ə qədər uzandı. Bu da ailələrdə normal qarşılanmadı, meyxanaya "avaraçılıq" damğası vuruldu. Hər şeyin səbəbi isə meyxana deyənlərin hərisliyidir".

Rüfət Nasosnu həmçinin gənc yaşlarında etdiyi səhvdən - narkotikdən istifadə etməsindən danışıb:

"O zamanlar elə bilirdim ki, bu düz yoldur. Sonra başa düşdüm ki, bir az da dərinə getsəm, mənəviyyatım əldən gedəcək. Pulu, hörməti, abır-həyanı, hətta inamı da geri qaytarmaq olur. Amma zamanı və səhvlərinə görə itirdiyin yaxınlarını heç vaxt geri qaytara bilməzsən".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
2
baku.ws

3Mənbələr