GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Müğənni Nura Suri erməniyə 12 xal verən Samir Əfəndini dəstəkləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Samirə Əfəndi erməni iştirakçıya 12 xal verib deyə, ona qarşı aqressiv paylaşımlar və şərhlər gördüm. O, qazi övladıdır və belə bir humanist addım atmağın onun üçün nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Amma musiqinin və istedadın milliyyəti olmur. Samirə Əfəndiyə qarşı aparılan qaralama kampaniyası tamamilə yersizdir”, – deyə Nura Suri yazıb.
Xatırladaq ki, “Silk Way Star” beynəlxalq musiqi layihəsinin finalında Azərbaycanı münsif kürsüsündə təmsil edən müğənni Samirə Əfəndi Ermənistan təmsilçisi Saro Gevorqyana 12 xal verib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.