AZ

Boğaz qıcılanmasını aradan qaldıran vasitələr

Yenisabah saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Boğazda yaranan qıcıqlanma həm ovqatınızı korlayan, həm də getdikcə ağrıya çevrilən bir narahatlıqdır. Qəbul edilən dərmanlara baxmayaraq boğazdakı qıcıqlanma keçmirsə, o zaman təbii üsullardan istifadə etməyi sınaya bilərsiniz.

"Yeni Sabah" xəbər verir ki, boğazda quruluq, allergik reaksiyalar, xəstəliklər və bir çox səbəb boğazda qıcıq yaranmasına yol aça bilər. Bu narahatlıq səbəbindən bütün günü özünüzü pis hiss etmək istəmirsinizsə, bəzi təbii üsulları sınaya bilərsiniz.

Sağlamlıq mütəxəssislərinin tövsiyə etdiyi boğaz qıcıqlanmasını aradan qaldıran əsas təbii üsullar bunlardır:

Bal boğazın zərər görmüş səthini örtərək yumşaldır və qıcıq hissini azaldır. Ilıq su ilə birləşdiyində isə rahatladıcı təsir yaradır. Balın yapışqan quruluşu boğazdakı iltihabı aradan qaldırmağa kömək edir. Eyni zamanda təbii antibakterial xüsusiyyətlərə malik olduğu üçün yüngül infeksiya səbəbindən yaranan qıcıq hissində də təsirlidir. 

Duzlu su boğazdakı artıq seliyi əridərək qıcığa səbəb olan yığıntıların təmizlənməsinə kömək edir. Bundan başqa, duz boğaz səthindəki şişi azaldaraq nəfəs almanı yüngülləşdirir. Qarqara etmək boğazı mexaniki şəkildə təmizlədiyi üçün boğazdakı kiçik infeksiya ocaqlarını da aradan qaldırır. 

Zəncəfil boğazdakı iltihabı azaldan təbii maddələrə malikdir və bu səbəbdən qıcıq hissini azaltmaqda təsirli ola bilər. Qaynadılaraq hazırlanan zəncəfil çayı boğazı isidir və əzələlərin genişlənməsinə kömək edir. Bəlğəmi söktürücü təsiri sayəsində boğazdakı tıxanıqlıq hissini də azalda bilər. 

Buxar boğaz və burun yollarındakı quruluğu aradan qaldıraraq qıcıqlanma hissini azaldır. İsti buxar seliyi yumşaldır və tənəffüs yollarının daha rahat fəaliyyət göstərməsinə şərait yaradır.

Aydan Hacı 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
2
yenisabah.az

3Mənbələr