Meksikalı Fatima Boş "Kainat Gözəli" müsabiqəsindəki qələbəsi ətrafında qalmaqalla bağlı səssizliyini pozub.
“Cebheinfo.az” “People”-a istinadən xəbər verir ki, Fatima Boş müsabiqə zamanı özünü müdafiə etməsi ilə başlayan mübahisələrə baxmayaraq, "Kainat Gözəli" titulunu böyük şərəf hesab edir.
20 noyabrda "Kainat Gözəli" titulunu qazandıqdan sonra sosial mediaya ilk dəf açıqlamasında Meksikanı təmsil edən 25 yaşlı qız deyib:
“Ən dəli arzularıma çatmağıma imkan verdiyinə görə imanıma təşəkkür edirəm. Bu gün bir daha əmin oldum ki, Tanrı sizin üçün nə planlaşdırıbsa nə paxıllıq, nə tale sizi dayandıra bilər, nə də şans sizi dəyişdirə bilər”.
Bir sıra fotolar paylaşan Boş əlavə edib:
"Yaşasın Kral Məsih".