AZ

"Euronews": Azərbaycan D-8 təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir

Azərbaycan 2025-ci ilin martında tamhüquqlu üzv kimi təşkilata qoşulduqdan sonra D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını daha da dərinləşdirir.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən D-8 Həftəsinin bir hissəsi olaraq ilk dəfə baş tutan D-8 Media Forumu haqqında "Euronews"da dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, qlobal iqtisadi müzakirələrdə, əsasən, əhalisinin çoxu müsəlmanlardan ibarət inkişaf etməkdə olan ölkələr üçün koordinasiya edilmiş platforma rolunu oynayan təşkilata yeni üzv olan Azərbaycan blokla tam şəkildə inteqrasiya üçün bir sıra təşəbbüslər irəli sürür.

Məqalədə forumun yekunu olaraq Media Mükəmməllik Mərkəzinin yaradılması və dezinformasiya ilə mübarizə üçün yeni strategiyaların hazırlanması kimi mühüm nəticələrin əldə edildiyinə diqqət çəkilib, Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətinin səsləndirildiyi xüsusi vurğulanıb. "D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır", - dövlət başçısının fikirlərindən sitat gətirilib.

Seçilən
8
7
aznews.az

10Mənbələr