AZ

Gürcüstan mövqeyini açıqladı

Orta Dəhliz layihəsi həm Gürcüstan, həm də bütün region üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhlizin açılması infrastruktur və iqtisadiyyat baxımından ciddi üstünlüklər yaradacaq.

 

Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

 

Onun sözlərinə görə, dəhliz ətrafında infrastruktur layihələrinin inkişafı ilə yanaşı, ümumilikdə regiona investisiyaların artması gözlənilir.

 

"Bu, həm dəhliz ətrafında infrastruktur investisiyalarını, həm də ümumilikdə regiona investisiyaları artıracaq. Biz bu təşəbbüsü yalnız alqışlayırıq", - deyə Papuaşvili vurğulayıb.

 

Parlament spikeri bəzi tənqidçilərin Orta Dəhlizin Gürcüstanın maraqlarına zidd olması barədə fikirlərini əsassız adlandırıb: "Bu tənqidin müəlliflərinin kim olduğuna baxmaq maraqlıdır. Məqsəd regionun inkişafını ləngitmək, ölkəni təzyiq altında saxlamaqdır. Halbuki bu layihə bütün region üçün yeni perspektivlər açır. Bu, təkcə nəqliyyat dəhlizi funksiyası deyil, bəzi ölkələrə əlavə yük deyil, bu, əksinə infrastrukturun inkişafı və daşıyıcılar üçün daha cəlbedici şəraitin yaradılması deməkdir”.

 

Papuaşvili əlavə edib ki, rəqabətin artması dəhlizin cəlbediciliyini daha da yüksəldəcək və bu, regionda sabitlik siqnalı kimi çıxış edəcək.

Seçilən
24
1
modern.az

10Mənbələr